Xankəndi. Trend:
Qarabağ Universitetində tədris və tələbə həyatı ən yüksəkstandartlara uyğun şəkildə davam edəcək.
Bunu Trend-əQarabağ Universitetinin İncəsənət fakültəsinin dekanı TürkərQasımzadə deyib.
“Bir il öncə, 27 noyabr tarixində Prezident İlham Əliyevinsərəncamı ilə Qarabağ Universiteti yaradıldı. Biz artıq 1 ildirQarabağ Universitetində fəaliyyət göstəririk. İncəsənət fakültəsiolaraq Qarabağ Universitetindəki fəaliyyətimizə ölkəmizin ənpeşəkar müəllimləri və çox gözəl tələbə heyət ilə işə başlamışıq.Bu bir illik fəaliyyətimiz dövründə bir sıra uğurlara da imzaatmışıq. Tədrisimizin keyfiyyəti ilə ölkəmizin ən öncüluniversiterləri sırasına daxil olmuşuq. Əminəm ki, QarabağUniversitetində tədris və tələbə həyatı ən yüksək standartlarauyğun şəkildə davam edəcək. Qarabağ Universiteti incəsənətfakültəsi olaraq bu gün biz birliyimizi konsert və sərgiylə qeydetmək istəyirik. Bu bayram əhvali-ruhiyyəsi ilə bir ilimizi qeydedirik. Çox şərəfli hisslərdir, çox şükür edirik ki, Qarabağımızda,Xankəndi şəhərində universitetimiz 1 ildir fəaliyyət göstərir.Əminəm ki, çox böyük uğurlara da imza atacaqdır”, - deyə obildirib.
Onun sözlərinə görə, incəsənət fakültəsində "Musiqimüəllimliyi", "İnstrumental ifaçılıq", "Vokal", "Milli vokal" və"Xanəndəlik", eyni zamanda "Dizayn" ixtisasları tədrisolunmaqdadır.
“Bu ixtisaslar üzrə fəaliyyətimizə 130-a yaxın tələbə iləbaşlamışıq. Eyni zamanda, işə ölkəmizin ən peşəkar müəllimləridəcəlb olunub. Onların içərisində Xalq artisti, əməkdar artistlər dəyer almaqdadır və tədrisimizi də dünya standartlarınauyğunlaşdırmışıq”, - deyə o bildirib.
T.Qasımzadə qeyd edib ki, artıq bir illik fəaliyyət dövrüçərçivəsində Qarabağ Universitetinin müxtəlif fakültələrininmüəllim heyətləri beynəlxalq festivallarda, müsabiqələrdə iştirakediblər.
“Onların içərisində qaliblər də var. Bu yaxınlarda Berlin dəolmuş bir festivalda çıxış edilib. Bundan başqa bizim tələbələrimizmüxtəlif sərgilərdə, konsertlərdə, festivallarda iştirak edir. Buhələ başlanğıcdır. Qarabağ Universitetinin İncəsənət fakültəsininadını ölkə gündəmində, mədəniyyət sahəsinə tez-tez eşidəcəksiniz”,- deyə T.Qasımzadə əlavə edib.