AZ

Suriyada üsyançılar Bəşər Əsədin hərbi kəşfiyyatının rəhbərini aradan götürüb

"Belə yüksək vəzifəli zabitin məhv edilməsi regionda Əsəd rejiminin qüvvələrinə böyük zərbədir..."
 
Suriyada üsyançıların hücumu davam edir, onlar Hələb şəhərini ələ keçirdikdən sonra Bəşər Əsəd rejiminin əsas fiqurlarından birini aradan götürməyə müvəffəq olub.
 
Moderator.az xəbər verir ki, bu barədə "cursorinfo.co.il" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, Əsəd rejiminin hərbi kəşfiyyatının baş komandanı və onun tabeçiliyində olan bir neçə şəxs mühasirəyə salınaraq qətlə yetirilib.
 
Bu kəşfiyyat idarəsi özünün repressiv metodları ilə- həbslər, işgəncələr və edamlar ilə tanınır. Belə yüksək rütbəli zabitin məhv edilməsi regionda Əsəd qüvvələrinə böyük zərbədir.
 
Suriyanın "Həyat Təhrir əş-Şam" sünni qruplaşması noyabrın 27-də fəal hücum əməliyyatlarına başlayıb. Bir neçə gün ərzində qruplaşma Suriyanın ən böyük şəhərlərindən olan Hələbin qərb rayonları üzərində nəzarəti ələ keçirməyə nail olub. Suriya rejimi qoşunları və müttəfiqi Rusiya strateji mühüm mövqeləri tərk edərək geri çəkilib.
 
Əsədin əsas müttəfiqi olan İran İsraili üsyançılarla əlaqədə ittiham edib. İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandanının sözlərinə görə, baş verənlər Suriya rejimi və "Hizbullah" daxil olmaqla onun müttəfiqlərinin zəiflədilməsinə yönəlib.
 
Belə bəyanat Suriya müharibəsinin hüdudlarından kənara çıxan və beynəlxalq oyunçuların cəlb edilməsilə müşahidə olunan qarşıdurmanın kəskinliyini göstərir.
 
Suriya insan haqlarına riayət edilməsi üzrə Monitorinq Mərkəzinin məlumatına görə, Hələb şəhəri və onun ətrafında gedən döyüşlərin gedişində, o cümlədən dinc sakinlər və toqquşmada iştirak edənlər daxil olmaqla, 277 nəfər həlak olub.
 
Əsəd rejimi və Rusiya şəhər ətrafına artilleriya və aviasiya zərbələri endirərək, müxalifətin irəliləməsinin qarşısını almağa çalışır.
 
Üsyançıların nümayəndələri bəyan edib ki, hücumun indiki mərhələsi daha geniş miqyaslı hücumun yalnız başlanğıcıdır. Bu hücumun məqsədləri bunlardır:
 
- azad edilmiş ərazilərin minalardan təmizlənməsi;
- evlərini tərk edən dinc sakinlərin geri qaytarılması;
- strateji mühüm obyektlər daxil olmaqla regionlar üzərində nəzarət.
 
Üsyançılar artıq yeni hücum əməliyyatlarına hazırlaşır, bu da Əsəd rejiminin mövqelərinin daha da zəiflədilməsinə gətirib çıxara bilər.
Seçilən
29
16
moderator.az

10Mənbələr