Fələstinin Həmas qruplaşmasının liderləri İsraili Qəzza zolağında beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan istifadə etməkdə ittiham ediblər.
Teleqraf.com xəbər verir ki, hərəkat bu barədə bəyanat yayıb.
Bəyanatda deyilir: “Qəzza zolağının şimalında vətəndaşların və həkimlərin dəhşətli ifadələri var"
HƏMAS beynəlxalq təhqiqat komitəsinin yaradılmasını və “cəsədlərin buxarlanmasına səbəb olan” atəşə tutulma hallarının təsdiqini tələb edib.
Müəllif: Arzu