AZ

Araqçı Lavrova zəngETDİ

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Araqçı ilə Suriyadakı vəziyyəti müzakirə edib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın xarici siyasət idarəsinin mətbuat xidməti bildirib.

“30 noyabrda Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov İran İslam Respublikasının xarici işlər naziri Abbas Araqçı ilə telefon danışığı aparıb. Söhbətin təşəbbüskarı İran tərəfi olub”, – XİN-in məlumatında qeyd olunub.

Bildirilib ki, telefon danışığı zamanı əsas diqqət Hələb və İdlib vilayətlərində “terror hücumları” da daxil olmaqla Suriyada vəziyyətin kəskinləşməsinə yönəlib. Tərəflər eskalasiya ilə bağlı ciddi narahatlıqlarını ifadə edib və Suriyanın suverenliyi və ərazi bütövlüyünə dəstəklərini təsdiqləyiblər.

Nazirlər vəziyyətin sabitləşdirilməsi üçün birgə səylərin artırılması barədə razılığa gəlib və “Astana formatı” çərçivəsində vəziyyətin təcili müzakirəsinin vacibliyini vurğulayıblar.

Xatırladaq ki, daha əvvəl Lavrov türkiyəli həmkarı Hakan Fidanla Suriyanı müzakirə etmişdi.

Seçilən
24
9
redaktor.az

8Mənbələr