Noyabrın 28-də Atatürk Mərkəzində “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasıçərçivəsində"Yaşıl dünya naminə həmrəy olaq - Qadın zorakılığına yox deyək!" mövzusunda konfrans təşkil edilib.SİA xəbər verir ki, "EMEDIA GROUP" Media qurumununtəşəbbüsü ilə cəmiyyət üçün daha bir vacib mövzu ictimaiyyət nümayəndələrinin nüzakirəsinə təqdim edilib.
Tədbirdədövlət, və QHT və media sektorunun, nümayəndələri, millət vəkilləri, incəsənət xadimləri iştirak ediblər. Dövlət qurumlarının nümayəndələrininstatistika xarakterli çıxışları dinləndikdən sonra müzakirələr aparılıb.
Konfransiştirakçıları bütün dünyadahələ də qadın və qızlara qarşı zorakılıq hallarının baş verdiyini, onların hüquqlarının fərqli formada pozulduğunu təəssüflə vurğulayıblar. Əməkdar jurnalist Mətanət Ağamirlinin moderatorluğu ilə keçirilənmüzakirələrdə çıxış edən natiqlər Azərbaycan qadınlarının tarixdə qalan izlərinə, bu gün əldə etdikləri uğurlardan bəhs ediblər.
Şərqdə qadınlara ilk seçki hüququ verilən dövlət məhz Azərbaycan olduğunu xatırladaraq bu istiqamətdə dövlətin həyata keçirdiyi siyasətlə bağlı fikirlərini bölüşüblər. Bu istiqamətdə ailə institutunun, ailələrin, təhsil sektorununböyük məsuliyyət daşıdığı qənaəti vurğulanıb. Eyni zamanda ictimaiyyətin fəal təmsilçilərinin, media nümayəndələrinin bir araya gələrək bu kimi diskussiyalarım, tədbirlərin keçirilməsinin vacibliyi qeyd olunub.