AZ

RƏZALƏT! Ölkəmizi avrokuboklarda bu komandalar təmsil edəcək?

Premyer Liqanın maraqla gözlənilən qarşılaşmalarından biri Mərdəkanda baş tutdu.

İkinci pillədə qərarlaşan "Araz Naxçıvan" onu qarabaqara izləyən "Turan Tovuz"u qonaq edirdi.

Amma xəbərsiz olsan düşünərdin ki, hansısa yoxlama görüşü və ya ən yaxşı halda ikinci liqa matçıdır.

Tribunalarda olan azarkeş sayını ekrandan saymaq olardı.

Meydandakı futbol üçün isə ekrana baxmaq vaxt itkisi, özünə və futbola hörmətsizlik idi.

Ağlı olmayan 22 adamın top dalınca qaçması məsəli yerinə otururdu.

Çox sayda səhv ötürmələr bir-birini əvəzləyirdi.

Braziliyalı Felipe Santos da özünü azərbaycanlı kimi aparırdı. Qol vurduğu epizod xaric.

Nə qapıya gedən normal zərbə gördük, nə də düşünülmüş hücum.

Düşünəndə ki, bu komandalar bir neçə ay sonra ölkəmizi Avropa arenasında təmsil edəcək, adamın tükləri biz-biz olur.

Vallah ayıbdır. Heyətdəki legioner sayına ayıbdır, xərclənən pullara ayıbdır. Xərclənən vaxta ayıbdır. Bu soyuqada arenanın yolunu tutan jurnalistə, az sayda azarkeşə ayıbdır.

Kimin günahkar olduğunu bilmirəm. Amma futbolun belə oynanılmadığını dəqiq deyə bilərəm.

XANOĞLAN İMANOV

Seçilən
53
1
sportinfo.az

2Mənbələr