“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 15-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri ev oyununu şərh edib.
Fanat.Az xəbər verir ki, o, 4:1 hesabı ilə qalib gəldikləri qarşılaşma haqda bunu deyib:
“Çox maraqlı oyuna şahid olduq. Sürətli, dinamik matç alındı. Qol epizodlarımız var idi. Bundan istifadə edə bilmədik. “Sumqayıt” güclü pressinq tətbiq edirdi. Lakin bizim hücumlarımız daha kəsərli idi. Qol vəziyyətlərindən daha yaxşı istifadə etdik.
Vaqif Cavadovu təbrik edirəm. Bu yolun altına girəndə narahatlıq var idi. Vaqifi bu gün hiss etdik. Onu təbrik edirəm. Uğurlar arzu edirəm.
Bizi “Şamaxı” ilə ölkə kubokunun 1/8 final mərhələsinin vacib oyunu gözləyir. Buna çalışmalıyıq.
Utziqin zədəsinə görə təəssüflənirik. Düşünürük ki, qış fasiləsindən sonra oynaya biləcək. Yerli futbolçularla bağlı problem yaşayırıq. Nə qədər əzmkar çalışacaqsansa, həmişə sonda sevinən tərəf sən olacaqsan. Mən uğurun sirrini bunda görürəm”.