AZ

Paşinyan qızı ilə oğurlanan Azərbaycan mahnısını dinlədilər

Ermənistan Baş naziri Nikol Paşinyan paylaşımı ilə növbəti saxtakarlığını üzə çıxarıb.

OLAY yazır ki, Paşinyan qızı Məryəmlə ilə bərabər Ermənistan Dövlət Caz Orkestrinin konsertində iştirak edib. 

Konsertdən çəkdiyi videonu baş nazir instaqram səhifəsində yayımlayıb.

Görüntülərdə diqqət çəkən məqam isə səhnədə dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasının musiqiçilər tərəfindən səsləndirməsi olub. 

Paşinyan öz milləti tərəfindən oğurlanan və öz adlarına çıxarılan Azərbaycan bəstəsini övladı ilə zövq alaraq dinləyib və buna göz yumub. 

Qeyd edək ki, “O olmasın, bu olsun” Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən 1910-cu ildə yazılmış dörd pərdəli (məclis) musiqili komediyadır. Bu, Hacıbəyovun operetta janrında yazdığı ikinci əsəridir. Musiqili komediya əsasında 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyası tərəfindən eyniadlı film çəkilib.

Seçilən
32
olay.az

1Mənbələr