AZ

İranın Hələbdəki konsulluğu ələ keçirildi

Suriyalı üsyançılar Suriya'nın ikinci ən böyük şəhəri olan Hələbi sürətlə ələ keçirdikdən sonra İranın Xarici İşlər Nazirliyi şənbə günü onların İran konsulluğunu ələ keçirdiyini təsdiqləyib.

Milli.Az xəbər verir ki, sosial mediada yayılan videolarda silahlı döyüşçülərin binanın içində olduğu görünür.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bağayi verdiyi açıqlamada konsulluğa hücumu sərt şəkildə qınayıb və bildirib: "1963-cü il Vyana Konsulluq Münasibətləri Konvensiyasına görə, hər hansı bir şəxs, qrup və ya hökumət tərəfindən diplomatik yerlərə müdaxilə qəbuledilməzdir."

O əlavə edib ki, Hələbdəki İran Baş Konsulu və konsulluğun bütün əməkdaşları sağ-salamatdır.


Lalə Qüdrətova
Milli.Az 

Seçilən
72
11
milli.az

10Mənbələr