AZ

Rusiyada kişi təsadüfən onlarla balinanın sinxron tullanışını lentə alıb - VİDEO

Rusiyanın Murmansk vilayətində bir kişi təsadüfən onlarla balinanın sinxron tullanışını lentə alıb.

Görüntülər “VKontakte” sosial şəbəkəsində yayımlanıb.

Çəkilən kadrlarda əvvəlcə videonun müəllifinin yerləşdiyi gəmidən bir balinanın üzdüyü görünür. Görünür, o, məhz balinanı gördüyü üçün video çəkməyə başlayıb. Lakin artıq videonun doqquzuncu saniyəsində kadrın kənarında eyni vaxtda sudan tullanaraq on balina peyda olur və həvəskar operator diqqətini dərhal onlara yönəldir.

“Onlar nə qədərdir?” - deyə kişinin yoldaşlarından biri soruşur.

 “Bilmirəm, Vasiliç, amma çoxdur”, - deyə videonun müəllifi heyranlıqla cavab verir.

Qeyd olunur ki, kadrlar Murmansk vilayətinin Dalnıye Zelentsı kəndi yaxınlığında lentə alınıb.

Mənbə: lenta.ru

Seçilən
324
1
Mənbələr
Şərh ()
Bağla