Azərbaycanlı futbolçu Zamiq Əliyev Albaniya çempionatında növbəti oyuna çıxıb.
QOL.az xəbər verir ki, onun komandası “Egnatia” 15-ci turda "Elbasani”ni qəbul edib.
23 yaşlı müdafiəçi start heyətdə yer alıb və 67-ci dəqiqədə əvəzlənib.
Görüş isə 3:1 hesabı ilə “Egnatia”nın xeyrinə başa çatıb. Komanda xalını 26-ə çatdırmaqla 2-ci pillədə qərarlaşıb. Onlar lider "Partizani"dən 1 xal geri qalırlar.