AZ

Sərgən ilə anlaşmaq mümkün olmadı, Van Bronkhorst istefa verdi!

Həm superliqada, həm də rəhbərlik səviyyəsində çox çətin dönəmdən keçən ''Beşiktaş'' Covanni van Bronkhorst ilə yollarını ayırıb.

Baş məşqçi postuna əsas namizəd hesab olunan Sərgən Yalçın ilə bağlı gözlənilməz olay yaşanıb. Hasan Aratın istefasından sonra prezident vəzifəsinə keçən Hüseyin Yücəl Yalçın ilə ilk görüşdə anlaşma əldə edə bilməyib.

Belə ki, 6 aylıq təklif Yalçını qane etməyib. Təcrübəli mütəxəssis ən azı ilyarımlıq müqavilə istəyib. Amma mövsümün sonunda ''Beşiktaş''da prezident seçkiləri olacaq. Yeni rəhbərlik gələcəyi təqdirdə Yalçınla yollar ayrıla bilər. Ona görə də Yücəl onsuz da maddi cəhətdən yaxşı durumda olmayan ''Beşiktaş''ı Sərgənə təzminat ödəmək məcburiyyətində qoymaq istəmir. Bu üzdən tərəflər arasındakı ilk görüşdə heç bir irəliləyişə nail olunmadı.

Xatırladaq ki, ''Beşiktaş'' son çempionluğunu 2020/21-də məhz Sərgən Yalçının başçılığı altında qazanıb. Bu arada bu günkü məşqdə Van Bronkhorst ştirak etməyib. Niderlandlının yerinə məşqi Sərdar Topraktəpə keçib! Bazar ertəsi ''Hatayspor''la səfər oyununda komandanın başında məhz Topraktəpənin yer alacağı gözlənilir. Hələ ki, əsas problem Van Bronkhorstun təzminatıdı. Üstəlik ayrılmaq üçün təzminatın hamısını tələb edir. ''Beşiktaş''la yayda ikiillik müqavilə imzalayan 49 yaşlı məşqçinin maaşı 1,4 milyon avrodu. İndiyə qədər ona təxminən 600 min avro ödənilib. Yəni klubun ona hələ təxminən 2,2 milyon avro borcu var. Köməkçilərinə isə borc ümumilikdə 1,2 milyon avrodu.

ƏLİ

Seçilən
38
football-plus.az

1Mənbələr