AZ

İranın Suriyadakı konsulluğuna HÜCUM EDİLDİ

Silahlı şəxslər Suriyanın Hələb şəhərində İranın Baş Konsulluğuna hücum ediblər.

"Ölkə.az" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqay hücumu pisləyib və konsulluq binalarına hər hansı hücumu qadağan edən 1963-cü il konsulluq əlaqələri konvensiyasının pozulmasını qəbuledilməz adlandırıb.

Baqainin sözlərinə görə, İran bu təcavüz aktını beynəlxalq səviyyədə nəzərdən keçirəcək.

Noyabrın 28-də CNN telekanalı Suriyanın silahlı müxalifət qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qüvvələrinə qarşı irimiqyaslı hücuma keçdiyini bildirib. Kanalın mənbəsinin məlumatına görə, nəticədə silahlılar 13 yaşayış məntəqəsini, o cümlədən strateji əhəmiyyətli Urm əs-Suğra və Əncar şəhərlərini, sonradan isə, Hələb və İdlib şəhərlərini də ələ keçiriblər.

Seçilən
162
3
olke.az

4Mənbələr