Tbilisidə baş verən növbəti etiraz aksiyasında ölkə parlamentinin yerləşdiyi binanın pəncərələri sındırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) bəyanat yayıb.
Nazirlik Tbilisidə etirazçıları qanundan kənara çıxmamağa çağırıb.
“Mitinqdə polis bölmələrinin nümayəndələri səfərbər olunub və ictimai asayişi qoruyurlar. Aksiya başlayandan bir müddət sonra bəzi şəxslərin hərəkətləri zorakılığa çevrilib, daş və digər əşyalardan istifadə etməklə? 10-a yaxın mağazanın şüşəsini sındırıblar.
Eyni zamanda aksiya iştirakçıları pirotexniki vasitələr, daşlar və müxtəlif ağır əşyalardan istifadə ediblər.ə Onları da yəqin ki, yenidən hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı istifadə edəcəklər”, - deyə məlumatda bildirilir.
DİN xəbərdarlıq edir ki, qanun pozuntusundan sonra polis tərəfindən müvafiq hüquqi cavab veriləcək.
Bizim.Media