AZ

Suriyada Bəşər Əsədin devrildiyi barədə məlumatlar yayılır

Suriyanın paytaxtı Dəməşqdə hərbi çevrilişə cəhdlə bağlı məlumatlar yayılır.

Azpost.info bildirir ki, bu xəbərləri ərəbdilli teleqram kanalları yayır.

Onlar həmçinin Suriyanın paytaxtında Ordu Baş Qərargahı yaxınlığında atışma videosu yayıblar.

Ərəb teleqram kanalları Suriya ordusunun zabitlərinin komandanlığa qarşı üsyan etdiyini və Dəməşqdəki inzibati binaları ələ keçirməyə çalışdıqlarını, eləcə də Respublika Qvardiyası ilə Mahir Əsədin 4-cü elit zirehli diviziyası arasında gedən döyüşlərin getdiyini bildirir.

Ərəb mediası Dəməşqdəki vəziyyəti şərh etmir.

İran teleqram kanalları Dəməşqə vəziyyətin sabit olduğunu, atışma videosunun saxta olduğunu iddia edir.

Günün əvvəlində Suriya ordusunun Həma şəhərindən çıxarılması və Həma ətrafının müxalifət və radikal islamçılar tərəfindən tutulması barədə məlumat daxil olub. Rəsmi Dəməşq bu məlumatı təkzib edir.

Seçilən
13
azpost.info

1Mənbələr