Gürcüstan Prezidenti Salome Zurabişvili mandatının başa çatmasına baxmayaraq istefa verməyəcəyini açıqlayıb.Bu barədə Zurabişvili televiziyada çıxışı zamanı deyib.
"Mən sizin prezident olaraq qalıram, legitim parlament yoxdur. Müvafiq olaraq, qeyri-legitim parlament yeni prezident seçə bilməyəcək. Beləliklə, inauqurasiya baş tutmayacaq. Mənim mandatım qanuni seçilmiş parlament olana qədər davam edir”, - o, bildirib.
www.anews.az