Dəməşqdə Prezident Bəşər Əsədə qarşı çevriliş cəhdi edən şəxsin general Hussam Louqa olduğu iddia edilir.
Xalqcebhesi.az xəbər verir ki, təsdiqlənməmiş məlumata görə, Louqa Suriya kəşfiyyatının rəhbəridir.
Mənbələr iddia edir ki, onun çevriliş istəyinə qoşulan Milli Qvardiya qüvvələrinə qarşı prezidentin qardaşı Mahir Əsədin rəhbərlik etdiyi 4-cü diviziya və İran qüvvələri müqavimət göstərir.
Moskvadan təyyarə ilə gələn Prezident Bəşər Əsədin təhlükəsiz yerə göndərildiyi bildirilir.
Qeyd edək ki, ölkədə vəziyyətin gərginləşməsi ilə bağlı Bəşər Əsəd təcili Moskvaya səfərə getmişdi.