Hələb və İdlib əyalətlərində əldə edilən uğurlardan sonra suriyalı üsyançılar Həma şəhərinə daxil olublar. “World Conflicts” teleqram kanalı qeyd edir ki, Əsəd rejiminin qoşunları ənənəvi olaraq texnikasını ataraq və döyüşsüz mövqelərini təslim edərək Həmadan qaçıblar.
Üsyançılar Rusiya xüsusi təyinatlılarından bəzi qənimətlər də ələ keçirdilər. SİA-nın əldə etdiyi məlumata görə, rus muzdlularının taleyi məlum deyil.
Qeyd olunur ki, Suriya üsyançıları bütün Həmanı keçərək heç bir müqavimət göstərməyərək, Həmanı cənubdan tərk edərək M5 magistral yolu ilə Homs istiqamətində hərəkət edirlər.
Əli Babayev