Səudiyyə Ərəbistanı liqasının rəhbərləri “Liverpul”un hücumçusu Məhəmməd Salaha Kriştianu Ronaldudan daha çox pul ödəməyə hazırdır.
Fanat.Az xəbər verir ki, məlumatı "Daily Mail" yayıb.
Xəbərə görə, 2023-cü ilin yayında Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandası Salahı 150 milyon funt-sterlinqə ala bilməsə də, misirli ulduz onlar üçün hədəf olaraq qalır.
O zaman "Liverpul" öz bombardiri ilə ayrılmağı istisna etmiş, həmçinin, Məhəmməd özü də Yaxın Şərqə getmək fikrini yaxın buraxmamışdı. Ancaq hazırda situasiya dəyişib. 32 yaşlı hücumçu mövsümün sonunda - "Liverpul" ilə müqaviləsinin müddəti başa çatdıqdan sonra azad agentə çevrilə bilər. Belədə, Səudiyyə Ərəbistanı təmsilçisinin Məhəmmədin özünə astronomik maaş verməyə hazır olduğu bildirilir.
Qeyd edək ki, “Əl-Nəsr”də çıxış edən Ronaldu hər mövsüm üçün 177 milyon funt-sterlinq qazanır. Lakin səudiyyəlilər Salaha daha çox pul ödəməyə hazırdırlar.
Mirağa