"Mançester Yunayted" yetirməsi Çido Obi-Martinlə müqavilə imzalayıb.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 17 yaşlı hücumçu ilə 2029-ci ilin yayına qədər müqavilə imzalanıb. Bu, futbolçunun karyerasında ilk peşəkar müqaviləsidir.
Qeyd edək ki, Çido Obi-Martin "Mançester Yunayted"in akademiyasına "Arsenal"dan transfer olunub.