AZ

Dnipropetrovsk vilayəti atəşə tutuldu: Ölənlər və yaralananlar var

 

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Dnipropetrovsk vilayətinin Dnipro rayonunun atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 21 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının başçısı Serhiy Lısak teleqramda bildirib.

Onun sözlərinə görə, zərbələrin hədəfi mağaza, çoxmənzilli və fərdi evlər olub. Region rəhbəri qeyd edib ki, sözügedən ərazilərdə zərbələrdən alışma başlayıb.

Lısak vurğulayıb ki, yaralananlar arasında 11 yaşlı uşaq da var. Onun vəziyyəti orta ağırdır.

 

KONKRET.az

Seçilən
73
10
konkret.az

10Mənbələr