AZ

"Xiaomi"nin "Android 16"nı ilk tətbiq edəcəyi smartfonlarının siyahısı açıqlandı

"Tuga Tech" portalının məlumatına əsasən, "Xiaomi" şirkətinə məxsus 55-dən çox smartfon və planşet 2025-ci ilin II rübündə "Android 16" yeniləməsini almağa başlayacaq.  

Hazırda "Xiaomi", "Android 15" əsaslı "HyperOS 2" proqram təminatının qlobal yayımına başlayıb və gələn il "Android 16" əsaslı "HyperOS"un ictimai beta versiyalarını təqdim etməyi planlaşdırır.  

Valyuta.Az xəbər verir ki, yeniləməni ilk olaraq aşağıdakı modellər alacaq:  

- "Xiaomi 13", "Mix Flip", "Mix Fold 3", "Redmi 12", "Redmi A3 Pro", "K60", "Note 12R", "Note 13 Pro", "Poco C75", "F6", "M6", "X6 5G" və daha yeni modellər.  

- Planşetlərdən isə "Xiaomi Pad 6 Pro", "Pad 6 Max 14", "Pad 6S Pro 12.4", "Poco Pad", "Redmi Pad Pro", "Pad SE 4G" və digər aktual modellər.  

Eyni zamanda qeyd edilir ki, bu siyahı rəsmi olaraq təsdiqlənməyib. Buna görə də bəzi cihazların "Android 16" əsaslı yeniləməni almayacağı mümkündür.  

Məlumatlara görə, "Google" şirkəti "Android 16"nı əvvəlki versiyalardan daha tez buraxmağı planlaşdırır. "Android 16"nın ilk inkişaf etdirici versiyası 19 noyabr tarixində təqdim edilib. Son tam versiyanın isə 2025-ci ilin II rübündə istifadəyə verilməsi gözlənilir.  

Yeni əməliyyat sisteminin sabit versiyasını ilk olaraq "Google Pixel" cihazlarının sahibləri alacaq, daha sonra isə digər istehsalçılar üçün yayımlanacaq.  

Qeyd edək ki, daha əvvəl "Samsung" təsadüfən öz cihazları üçün hazırlanmış yeni proqram təminatının dizaynını ortaya çıxarmışdı.  

Rəhim

Seçilən
10
valyuta.az

1Mənbələr