AZ

Abşeronda uçqunda ölən şəxs Biləsuvarda dəfn olundu

Xəbər verdiyimiz kimi, ötən gün Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində uçqun baş verib.

"Unikal"ın məlumatına görə, uçqun zamanı ölən 1994-cü il təvəllüdlü Rəsulov Camal Əzim oğlu bu gün Biləsuvarın Ağalıkənd kəndində dəfn olunub.

Məlumata görə mərhum evli imiş və tikintidə çalışırmış.

Qeyd edək ki, uçqun nəticəsində həmçinin 2 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəlil Əliyev

Seçilən
11
unikal.az

1Mənbələr