AZ

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - uzaq səfərə yollanmaq, səyahət və ya macəra arzuları, illüziyalar sizi konkret işlərdən ayırmamalıdır. Gündəlik işlər darıxdırıcı olsa da, onları vaxtında yerinə yetirin. Bilik və bacarıqlarınızı artırın.

Buğa - günün ilk yarısı önəmli işlər və ya irimiqyaslı layihə üçün əlverişli deyil. Situasiyanın çətinliyinə rəğmən aktivliyinizi artırın. Planlaşdırılmış görüş, müzakirə, anlaşma və ya sövdələşməni unutmayın.

Əkizlər - ən yaxşı məziyyətlərinizi nümayiş etdirməyə çalşıın. Eqoist və təşəxxüslü davranaraq yaxın ətrafınızdakı insanları qıcıqlandırmayın. Bir qədər təvazökar olun, kölgəyə çəkilin.

Xərçəng - uğura nail olmaq üçün addımlarınıza diqqət edin. Hər detala və xırdalığa fikir verməsəniz, ağır vəziyyətə urcah ola bilərsiniz. Fəqət, nəzarətlə şübhələrdə ifrata varsanız, yaxşı şansları itirəcəksiniz.

Şir - yeni ideyalara yetərincə diqqət yetirin. Yaradıcılıq planlarını reallaşdırın. Enerjili və aktiv olun. Yaşamın müxtəlif sahələrində maneələri dəf edərək məqsədə doğru qətiyyətlə gedin.

Qız - yaxın ətrafınızdakı insanların davranışlarına fikir verin. Münasibətlərdə harmoniya və qarşılıqlı anlaşmaya can atın. Kobudluq, qabalıq, dissonans, mənasız sözlər və mübahisələr mənfi emosiyalar yaradacaq.

Tərəzi - köhnə tərfdaşlarla görüş ola bilər. Onlar sizə yeni layihəyə qatılmağı təklif edəcəklər. Peşəkar fəaliyyət sahəsində maraqlarınızı başqalarının istəyinə qurban verməyin.

Əqrəb - aktiv olun. Manipulyasiyalara aldanmayın, işləri yaxşılaşdırmağa çalışın. Məqsədə çatmaq üçün qətiyyətli olun. Yaxşı tanımadığınız insanın dediklərini absolyut həqiqət saymayın.

Oxatan - əhvalınızda dəyişikliklər olacaq. Ani hisslərin qurbanına dönməyin. Emosiyaların təsiri altında qərar verməyin. Gündəlik işlərlə məşğul olun. Ciddi hesablamalar tələb edən məqamı ertələyin.

Oğlaq - başqalarının üstün cəhətlərini və yaxşı məziyyətlərini dəyərləndirməyə çalışın. Yeni dost, tərəfdaş qazanacaqsınız. Yumor hissiniz olsun, ən çətin situasiyalarda təmkininizi itirməyin. Bilik və bacarıqlarınızı artırın.

Dolça - yaxın ətrafınızdakı insanlar xidmətlərinizi və fərdi xüsusiyyətlərinizi yetərincə dəyərləndirəcəklər. Bütün çətinlikləri dəf etmək olar. Etibar etdiyiniz insanlar sizə problemlərin həllində yardım edəcəklər.

Balıqlar - məqsədlərə doğru tələsik irəliləyiş başqalarının maraqlarına ciddi zərbə vura bilər. Tərəfdaşlar fikir və hərəkətlərinizi anlamırlar. Üzr istəmək, bəraət aramaq məcburiyyətində qalmayın. Əsas məsələ maraqlarınızla həmkarlar və ya tərəfdaşların mənafeləri arasındakı həddi aşmamaqdır.

Milli.Az

Seçilən
11
mia.az

1Mənbələr