AZ

Günün ULDUZ FALI

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - uzaq səfərə yollanmaq, səyahət və ya macəra arzuları, illüziyalar sizi konkret işlərdən ayırmamalıdır. Gündəlik işlər darıxdırıcı olsa da, onları vaxtında yerinə yetirin. Bilik və bacarıqlarınızı artırın.

Günün ikinci yarısında dünyagörüşünüzü artırmağa can atın. Sənədləşdirmədə diqqətli olun, çox kobud səhvlərin səbəbkarıl olmayın. Tapşırıqlara ciddi yanaşın. Vədlərinizi yerinə yetirin.

Yaşlı qohumlar, ailə üzvləri qayğı tələb edirlər. Axşam saatlarında yorğunluq hiss edə bilərsiniz.

Buğa - günün ilk yarısı önəmli işlər və ya irimiqyaslı layihə üçün əlverişli deyil. Situasiyanın çətinliyinə rəğmən aktivliyinizi artırın. Planlaşdırılmış görüş, müzakirə, anlaşma və ya sövdələşməni unutmayın.

Gəlirlər istisna deyil.

Günün ikinci yarısında işdə statusunuzun artımı və ya karyera irəliləyişinizdə uğurlar ola bilər.

Mübahisə və tənqidlərə varmayın. Borc pul almayın. Kredit ödənişini qulaqardına vurmayın.

Yaxınlarınızın davranışlarının müzakirəsi və onların nöqsanlarının sadalanması münaqişə vəziyyəti yarada bilər. Ailə üzvlərinə qarşı ədalətsizliyə yol verməyin. Sözlərinizi düşünüb deyin.

Axşam saatlarında yorğunluq hiss edəcəksiniz.

Əkizlər - ən yaxşı məziyyətlərinizi nümayiş etdirməyə çalşıın. Eqoist və təşəxxüslü davranaraq yaxın ətrafınızdakı insanları qıcıqlandırmayın. Bir qədər təvazökar olun, kölgəyə çəkilin.

Dəyər verdiyiniz insanların ön plana çıxmalarına şərait yaradın.

Günün ikinci yarısında yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Məqsədə çatmaq üçün konkret addımlar atın.

Qohumlar və yaxınlarla ünsiyyət axşam saatlarına yaxın sizi sevindirəcək. Əks cins mənsubunun yardım istəyini qulaqardın vurmayın. Əlavə gəlirdən yararlanaraq ailə üzvlərini sevindirin.

Xərçəng - uğura nail olmaq üçün addımlarınıza diqqət edin. Hər detala və xırdalığa fikir verməsəniz, ağır vəziyyətə urcah ola bilərsiniz. Fəqət, nəzarətlə şübhələrdə ifrata varsanız, yaxşı şansları itirəcəksiniz.

Günün ikinci yarısında gəlir əldə etməyə çalışmaqla yanaşı, mövqelərinizi möhkəmləndirin. Tərəfdaşlara güvənmək, onların məsləhətlərinə qulaq asmaq işlərinizdə irəliləyişlərə səbəb olacaq.

Verdiyiniz vədləri yerinə yetirin.

Axşam saatlarında yaxınlarınızla təmaslar rahatlıq və rəvanlıq hissləri yaradacaq. Problemlərinizdən onları da hali edə bilərsiniz. Amma diqqətli olun: sizi yanlış anlamasınlar.

Şir - yeni ideyalara yetərincə diqqət yetirin. Yaradıcılıq planlarını reallaşdırın. Enerjili və aktiv olun. Yaşamın müxtəlif sahələrində maneələri dəf edərək məqsədə doğru qətiyyətlə gedin.

Günün ikinci yarısında maddi durum pis olmayacaq. Mükafat, ödəniş, əlavə gəlir istisna deyil. Qarşılıqlı anlaşma işgüzar tərəfdaşlar və həmkarlarla münasibətləri yaxşılaşdıra bilər.

Axşam saatları aktiv istirahət və təmasların fəallaşdırılması üçün münasibdir. İzafi sentimentallıq ziyandır. Subaysınızsa, aradığınız insanı tapa bilərsiniz.

Qız - yaxın ətrafınızdakı insanların davranışlarına fikir verin. Münasibətlərdə harmoniya və qarşılıqlı anlaşmaya can atın. Kobudluq, qabalıq, dissonans, mənasız sözlər və mübahisələr mənfi emosiyalar yaradacaq.

Günün ikinci yarısında yaradıcılıqla məşğul olun. Ətrafınızdakı insanlara təsir edin, hisslərinizi onlarla paylaşın.

Axşam saatlarında qohumlar, yaxınlar və dostlarla görüşmək olar. Pozitiv əhval və enerjinizdən onların da yararlanmasına imkan verin.

Sevdiyiniz insana yardım etməklə özünüzü daha əmin hiss edəcəksiniz.

Seçilən
13
2
publika.az

3Mənbələr