Norveç Arktikada Rusiyaya qarşı mübarizə aparmaq üçün amfibiya əməliyyatları mərkəzi açır.
Musavat.com xəbər verir ki, bu barədə "Newsweek" nəşri məlumat yayıb.
Məqalədə qeyd olunur ki, orada Britaniya, Amerika və Hollandiya hərbi personalı təlim keçəcək.
"Böhran və müharibə vəziyyətində Norveçi, Şimali regionunu və NATO-nu qorumaq üçün birlikdə məşq etməliyik" - , deyə Norveç Müdafiə Nazirliyinin rəhbəri Byorn Arild Qramdan bildirib.
Məqalənin orijinalı bu linkdə: https://www.newsweek.com/nato-opens-amphibious-warfare-hub-arctic-amid-turf-wars-russia-1993674
Toğrul İSMAYIL,
Musavat.com