AZ

Gənc əsgərlər vətənə sədaqət andı içdilər

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamına əsasən həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayında noyabrın 30-da hərbi andiçmə mərasimi keçirilib.

Penitensiar Xidmətin mətbuat mərkəzindən “Poliqon”a bildirilib ki, Dövlət Himni səsləndirildikdən sonra Dövlət Bayrağı hərbi marş sədaları altında meydanın mərkəzinə gətirilib.

Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vətənə, xalqa və dövlətə sədaqət andı içən gənc əsgərlər Ali Baş Komandanın əmrinə hər zaman hazır olduqlarını, nizam-intizamı qoruyacaqlarını, xidmətdə uğur qazanacaqlarını bildiriblər.

Ədliyyə naziri III dərəcəli dövlət ədliyyə müşaviri Fərid Əhmədovun və nazir müavini – Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun təbrik və tövsiyələri gənc əsgərlərə çatdırılıb.

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ədliyyə sahəsində həyata keçirilən uğurlu islahatlar, o cümlədən, Mühafizə alayının öz vəzifələrini bu gün də layiqincə icra etdiyi qeyd olunub.

Daha sonra şəxsi heyətin marş sədaları altında təntənəli keçidi izlənilib.

Tədbirdən sonra şəhidlərin abidəsi önünə gül dəstələri qoyulub, onların xatirəsi anılıb.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

N7I1izkFfZggGxWJyhbE

TPO3VQab5kQXPlHzW75M

N8TZjF5cNyj4Re4JysFF

onppA9ion8rPu1bqadkt

g3F7t20zuLehyLKhE8f1

DF9m9j3HWS9GX8DN91sT

Seçilən
17
3
poliqon.az

4Mənbələr