AZ

"Beşiktaş" yenə Sergen Yalçına üz tutdu?

Son uğursuz nəticələrdən sonra "Beşiktaş" baş məşqçi Covanni Van Bronkhorstla yollarını ayırmaq qərarına gəlib.   Manset.az xəbər verir ki, bu hadisədən sonra Türkiyə mediasında Sergen Yalçının baş məşqçi postuna bərpa olunacağı ilə bağlı iddialar getdikcə artır. Bu məsələ ilə bağlı "Beşiktaş"ın sözçüsü Feyyaz Uçar "Ekol TV"yə açıqlamasında "Hələlik Sergen Yalçın ilə rəsmi görüş olmayıb", - deyə bildiirb. Digər tərəfdən "Beşiktaş" prezidenti Hüseyn Yücelin bugünlərdə Sergen Yalçın ilə görüşəcəyi iddia olunub.

Xatırladaq ki, Yalçın 2020-21-ci illərdə "Beşiktaş"ı çalışdırıb.

Seçilən
15
2
manset.az

3Mənbələr