Suriya Prezidenti Bəşər Əsəd ilk dəfə olaraq ölkənin şimalında silahlı qruplaşmaların irəliləməsinə münasibət bildirib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Suriya liderinin ofisi məlumat yayıb.
O, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla söhbətində ölkəsinin müttəfiqlərinin və dostlarının köməyi ilə terrorçuları məğlub etməyə qadir olduğunu bildirib.
“Prezident Əsəd telefon danışığı zamanı vurğulayıb ki, Suriya öz ərazi bütövlüyünü terrorçulardan və onların havadarlarından müdafiə edir, müttəfiqləri və dostlarının köməyi ilə onları məhv etməyə qadirdir”, - ofisin məlumatında deyilir.
Qeyd edək ki, noyabrın 27-dən Suriyada vəziyyət gərginləşib. Üçgünlük döyüşlərdən sonra üsyançılar 2016-cı ildən bəri ilk dəfə ölkənin ikinci ən əhəmiyyətli şəhəri olan Hələbə daxil olublar və şəhəri nəzarət altına alıblar.