AZ

Cüdoçu Elmar Qasımov: "Birinci görüşdə barmaqlarım ağrıyırdı"

Birinci qarşılaşmada barmaqlarım bir az ağrıyırdı.

"Report"un məlumatına görə, bunu Azərbaycan çempionu olan cüdoçu Elmar Qasımov (100 kq) federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

34 yaşında karyerasını bərpa edən idmançı özünü yoxlamaq üçün yarışa qatıldığını söyləyib:

"Bildiyiniz kimi iki ildir böyük arenalarda güləşmirdim. Məşqlə yarış fərqli olur. Bu, ilk görüşlərdə də özünü göstərdi. Birinci qarşılaşmada bir az barmaqlarım da ağrıyırdı. Amma finalda özümə gəldim".

Təcrübəli cüdoçu başqa turnirlərdə də mübarizə aparmaq istədiyini söyləyib: "Bir az da hazırlaşıb, təlim-məşq toplanışlarına qatılsam, daha yaxşı formaya düşmək olar. Normal formaya düşsəm, cüdoya davam edəcəyəm".

Qeyd edək ki, Elmar Qasımov 2016-cı il Rio Yay Olimpiya Oyunlarının gümüş medalçısı olmaqla yanaşı, 2009-cu ildə İrəvan şəhərində keçirilmiş gənclərin Avropa çempionatında qızıl medal qazanıb. O, dünya və Avropa çempionatlarının mükafatçısıdır. Qasımov iki dəfə nüfuzlu “Masters” turnirinin qalibi olmaqla yanaşı, Böyük Dəbilqə və Qran Pri yarışlarında ümumilikdə 18 medal qazanıb.

Seçilən
60
4
far.az

6Mənbələr