Liqa 1-in 13-cü turunda çempionatın autsayderlərindən olan "Nant" ilə evdə 1:1 hesablı heç-heçə edən PSJ-nin baş məşqçisi Luis Enrike oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, ispan mütəxəssisin sözlərini "MadeinFoot" belə çatdırıb:
"Yaxşı müdafiə olunan "Nant"la oyun buzim üstünlüyümüz şəraitində keçdi. Hamı gördü ki, yalnız qələbə qolu çatmadı.
Hədəfimiz? Özünəinam formalaşdırmaq və ișləməyə davam etmək... Bizim ən azı 5 real qol vəziyyətimiz oldu. Rəqiblərin qapısı qarşısında daha qərarlı olmalıyıq. Rəqib yaxşı müdafiə olunurdu, bizdə isə son nöqtəni qoya bilmirdik. Görünən budur ki, daha yaxşı olmalı, çox şeyi daha yaxşı etməliyik. Çempionlar Lliqası da Liqa 1 kimi rəqabətli turnirdir. İşləməyə davam etməliyik".
Qeyd edək ki, Liqa 1-in turnir cədvəlinə 33 xalla PSJ başçılıq edir. 11 xalı olan "Nant" 16-cı pillədədir.
Nihat