AZ

“Zamanın dəyirmanından üzüağ çıxan tək-tək adamlardan biri” - İradə Tuncay

Bu gün Xalq şairi Məmməd Arazın ildönümüdür. M.Araz 1933-cü il oktyabrın 14-də Naxçıvanın Şahbuz rayonunda anadan olub. Yüzlərlə kitabın müəllifi olan şair 1 dekabr 2004-cü ildə vəfat edib.

Redaktor.az xəbər verir ki, Xalq şairinin qızı, yaçı İradə Tuncay atasının vəfatıyla bağlı bunları deyib:

“İyirmi ili oldu fiziki yoxluğunun. Amma həmişə yanımda hiss etdim. Danışan gözləri, susan diliynən yanımda oldu. Dili susdu, amma nərəsi qulaq batırdı-Rəbbimizə üz tutdu. Bu gün məzarlıqda fikir verdim,  heykəlinin arxasından bir ağac böyüyüb, boy atıb  kölgə salır üstünə Şairin.  Özü heç vaxt kimsənin kölgəsinə sığınmayan insanın. Zamanın dəyirmanından  üzüağ, ləkəsiz çıxan tək-tək adamlardan biri... Yalquzaq olmaq, kimsəyə üz tutmamaq, hamıya əl tutmaq... Belə oldu hər zaman.... Əyilməmək... Baxırsız ətrafa? Görürsüz nələr olur? Bu mühitdə təmiz qalmaq nəyin bahasına  başa  gəlir bilirsiz? Vətəni bugündən sabaha bu insanlar daşıyır. Oğru-quldur məmurlar yox... Kölgə axtarmayan, çoxuna kölgə salan BÖYÜK İNSAN--torpaqdan qalxan ağacın pöhrələriylə kölgələn...”.

Vasif ƏLİHÜSEYN

Seçilən
22
1
redaktor.az

2Mənbələr