AZ

Tramp qudasına yüksək vəzifə verir

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp qızı İvanka Trampın qaynatası Çarlz Kuşneri ölkənin Fransadakı səfiri postuna namizəd göstərib.

“Qafqazinfo” xəbər verir ki, siyasətçi bu barədə “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.

“Mən Çarlz Kuşneri ABŞ-nin Fransadakı səfiri vəzifəsinə namizəd irəli sürməkdən məmnunam. O, ölkəmizi və onun maraqlarını güclü şəkildə təmsil edəcək nəhəng biznes-lider, xeyriyyəçi və sövdələşmələr aparan şəxsdir”, - deyə siyasətçi bildirib.

Qeyd edək ki, Çarlz Kuşnerin 70 yaşı var. 2005-ci ildə o, vergidən yayındığına görə iki il həbs cəzası alıb. O, 2020-ci ildə Tramp tərəfindən əfv edilib.



Seçilən
32
4
qafqazinfo.az

5Mənbələr