Gürcüstanda yenidən Baş nazir postuna seçilən İrakli Kobaxidzenin ölkənin 2028-ci ilə qədər Avropa İttifaqına inteqrasiya prosesini dayandırdığı və Avropa qrantlarından imtina etdiyi ilə bağlı bəyanatından sonra istefa dalğası başlayıb.
Publika.az xəbər verir ki, Gürcüstanın ABŞ-dakı səfiri Davit Zalkaliani və Niderland Krallığındakı səfiri David Solomonia istefa verib. Onlar bu barədə öz sosial şəbəkə hesablarında məlumat paylaşıblar.
Daha sonra ölkənin Litvadakı səfiri Salome Şafakidze, Bolqarıstan və İtaliyadakı səfirləri Otar Berdzenişvili və İrakli Vekua da istefa veriblər.
Gürcüstanın xarici işlər nazirinin müavini Teymuraz Cancaliya da hökumətin qərarını dəstəkləmədiyi üçün istefa verənlərin sırasına qoşulub.