AZ

Astara-Bakı-Həştərxan konteyner qatarı işə salınacaq?

Həştərxan terminallarının infrastrukturundan istifadə etməklə Həştərxan-Bakı-Həştərxan marşrutu üzrə konteyner qatarının buraxılması imkanları nəzərdən keçirilir.

Bizim.Media xəbər verir ki, bu barədə "Sputnik Azərbaycan"a müsahibəsində Həştərxan vilayəti hökumətinin sədr müavini İlya Volınski danışıb.

Onun sözlərinə görə, layihənin "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən həyata keçirilməsi planlaşdırılır. QSC-nin nümayəndələri Həştərxana səfər edərək əməkdaşlıq perspektivlərini müsbət qiymətləndiriblər.

"Astara-Bakı-Həştərxan dəmir yolu ilə gedən Azərbaycan, Türkiyə, İran, Pakistan və Hindistandan mal axınına xidmət göstərmək üçün bizdə yük qovşağı fəaliyyət göstərir.

Bu qovşaqdan hər il yüz min tona yaxın müxtəlif kənd təsərrüfatı yükləri keçir", - Həştərxan vilayəti hökumətinin sədr müavini vurğulayıb.

Vilayət rəsmisi qeyd edib ki, 2023-cü ildə qovşağın imkanları xeyli genişləndirilib.

Burada tez xarab olan süd, ət və balıq məhsullarının qəbulu və emalı üçün hər cür şərait yaradılıb. Volınski vurğulayıb ki, bu il, təxminən 200 min tona yaxın belə malların tədarükü planlaşdırılıb.

Bizim.Media

Seçilən
14
bizim.media

1Mənbələr