AZ

Kaya Kallas və Antonio Kosta təcili Kiyevə getdilər

Avropa İttifaqının(Aİ)diplomatik xidməti və Avropa Şurasının (AŞ) yeni rəhbərləri Kaya Kallas və Antonio Kosta işlə başladığıilk gündəKiyevə gediblər.

Teleqraf.com xəbər verir ki,bu barədə Aİ-dəki mənbə jurnalistlərə bildirib.
“Avropa Şurasının rəhbəri Antonio Kosta, Aİ-nin ali nümayəndəsi Kaja Kallas və genişlənmə üzrə Avropa komissarı Marta Kos Kiyevə səfərə gediblər.Onlar Ukraynaya birgə dəstək nümayiş etdirmək üçün Kiyevdədirlər", - xəbərdə belə bildirilir.

Qeyd edək ki, Kostanın Zelenski ilə mətbuat konfransı keçirəcəyi istisna olmaqla, səfərin təfərrüatları təhlükəsizlik səbəbindən açıqlanmır.


Müəllif: Ceyhun Alışlı
Seçilən
13
15
teleqraf.com

10Mənbələr