AZ

Suriyada gərginlik artır: Həma uğurunda şiddətli döyüşlər gedir

Suriya Silahlı Qüvvələri ilə silahlı müxalifət arasında gərginlik davam edir. Hökumət qüvvələri ilə qarşıdurmasında məhv edilən yaraqlıların 1000-ə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Suryanın Radio və Televiziya Baş İdarəsi məlumat yayıb.

“Suriya ordusu ilə “Cəbhət ən-Nusra” terrorçuları arasında üç gün davam edən qarşıdurma nəticəsində öldürülən yaraqlıların sayı 1000-ə yaxınlaşıb. Gərginlik davam edir", - deyə məlumatda qeyd olunur.

Bu arada, müxalif qüvvələr Həma vilayətinə daxil olmağa cəhd göstərirlər. Vilayətin şimalında yerləşən hökumət qüvvələri hələki hücumun qarşısını ala biliblər.


Müəllif: Ceyhun Alışlı
Seçilən
33
teleqraf.com

1Mənbələr