AZ

Kelloq müharibəyə son qoymaq üçün təkliflər verdi

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi üzrə xüsusi elçi vəzifəsinə namizədi Keyt Kelloq Ukraynada müharibəyə son qoymaq üçün kifayət qədər detallı təkliflər irəli sürüb.

Paralel.az xəbər verir ki, bu barədə “Hill” məlumat yayıb.

Kelloq bildirib ki, Rusiya-Ukrayna müharibəsini başa çatdırmaq, sülh müqaviləsi bağlamaq və iki döyüşən tərəf arasında döyüş əməliyyatlarını dayandırmaq üçün “İlk növbədə Amerika" şüarı altında güclü liderlik lazımdır.

Nəşr qeyd edib ki, Tramp Ağ Evə qayıtdıqdan sonra 24 saat ərzində müharibəni bitirəcəyini vəd edib və keçən həftə istefada olan general-leytenant Keyt Kelloqa bu vəzifəni tapşırıb.(axar.az)

Seçilən
65
6
paralel.az

10Mənbələr