AZ

Yeni avtomobil alandan sonra zavod qüsuru aşkarlanarsa, nə etməli?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Zavod qüsuruna görə geri çağırılan avtomobillərlə bağlı sosial şəbəkələrdə və mediada tez-tez məlumatlar paylaşılır.
Ölkəmizdə də avtomobil parkının günü-gündən yeniləndiyini nəzərə alsaq, yeni avtomobilə sahib olanlar az deyil.
Xezerxeber.az-ın məlumatına görə, avtomobil eksperti Eldəniz Cəfərov deyir ki, bu proses beynəlxalq qaydalara əsasən icra olunur. Geri çağırılan avtomobildəki qüsur istehsalçı şirkət hesabına aradan qaldırılaraq sahibinə təhvil verilir.
Onun sözlərinə görə, ölkəmizdə də əksər istehsalçı şirkətlərin rəsmi diler və ya distribütoru olduğundan sözügedən avtomobil sahibləri aiddiyyəti üzrə yaxınlaşaraq, problemi aradan qaldıra bilərlər. Hətta bəzi şirkətlər bunun üçün onlayn platforma da hazırlayıblar.
Eldəniz Cəfərov əlavə edib ki, istehsalçı şirkətlərin bu addımı atmalarına səbəb həm nüfuzlarını qorumaq, həm də hər hansı zavod qüsuru səbəbindən yarana biləcək təhlükənin qarşısını almaqdır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Seçilən
126
41
oxu.az

10Mənbələr