Son günlər sosial şəbəkələrdə fizika, tarix, kimya, biologiya, coğrafiya fənlər üzrə növbəti ildə sertifikasiya imtahanının həyata keçiriləcəyi ilə bağlı məlumatlar paylaşılır.
Bəs görəsən, bu xəbər nə dərəcədə doğrudur? Ümumiyyətlə növbəti ildən hansı fənlər üzrə sertifikasiya imtahanının təşkil olunması planlaşdırılır?Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, hazırda bu məsələ ilə bağlı hər hansı bir qərar yoxdur.
"2025-ci ildə hansı fənlər üzrə müəllimlərin sertifikasiyaya cəlb edilməsi ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək",- deyə qeyd edilib.