AZ

“Botafoqo” Libertadores Kubokunun qalibi oldu - Video

2024-cü il Libertadores Kubokunun finalında iki Braziliya nəhəngi – “Atletiko Mineyro” və “Botafoqo” komandaları qarşılaşıb.

Arena.az məlumat verir ki, “Botafoqo” bu oyunda 3:1 hesabı ilə qalib gələrək, tarixində ilk dəfə Cənubi Amerikanın ən nüfuzlu klub kubokunu muzeyinə aparıb.

Bu komandanın brazilyalı hücumçusu Junior Santos isə 10 qolla yarışın ən sərrast qolçusu olub. “Botafoqo” həmçinin 2025-ci il klublararası dünya çempionatında da iştirak hüququ əldə edib.

“Foqao” – “Böyük alov” olaraq tanınan Rio-de-Janeyro təmsilçisi son illər yüksəlişdədir. Komanda hazırda Braziliya A Seriyasının cari mövsümünün qalibi olmağa əsas namizəddir.

Əlavə edək ki, Braziliya klublarının Libertadores Kubokunda ağalığı davam edir. Artıq ardıcıl 6-cı mövsümdür ki, qitənin ən mötəbər klub yarışının qalibi Braziliya təmsilçisi olub. Bu isə mütləq rekord silsiləsidir. Ümumilikdə Braziliyanın 12 klubu 24 dəfə Libertadores Kubokunu qazanıb. Argentinanın 8 klubu isə 25 dəfə çempionluğu bayram edib. Uruqvayın 2 klubunun isə 8 çempionluğu var.

Maraqlıdır ki, Braziliyanın ən nəhəng 13 klubunun qatıldığı “Clube dos 13” cəmiyyətinin “Baiya”dan başqa bütün üzvləri Libertadores Kubokunu ən azı bir dəfə qazana biliblər.

Seçilən
25
arena.az

1Mənbələr