AZ

Bakıda daha bir marşrut xətti üzrə elektrobuslar fəaliyyətə başladı - Foto

“Çinar Trans” MMC-nin istismarında olan 133 nömrəli marşrut xətti üzrə “Yutonq” markalı elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb.

Bu barədə Teleqraf.com-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Elektrik mühərrikli avtobuslar sıfır emissiya texnologiyası ilə təchiz edilib ki, bu da ətraf mühitin qorunmasına mühüm töhfə verir. Bununla yanaşı, avtobuslar sərnişinlərin komfort səviyyəsini artırmaq üçün ən son texnologiyalarla təmin olunub.


Müəllif: Teleqraf.com
Seçilən
13
46
teleqraf.com

10Mənbələr