AZ

Qarabağdakı daha bir sabiq komandan haqda şok faktlar-əsgərləri...

Sülhməramlıların sabiq komandanı general-polkovnik Gennadi Anaşkininin Putinə yalan məlumat verdiyinə görə “Cənub” qoşunlarının rəhbərliyindən uzaqlaşdırılmasından sonra Rüstəm Muradovun da çoxsaylı itkilərə səbəb olduğu iddiaları yayıldı

Bir neçə gün əvvəl sülhməramlıların sabiq komandanı general-polkovnik Gennadi Anaşkin “Cənub” qoşunlar qrupunun komandanı vəzifəsindən uzaqlaşdırılması barədə xəbər vermişdik. Yada salaq ki, prezident Putinin belə bir qərar verməsinə səbəb generalın cəbhədəki real vəziyyəti gizlətməsi, Müdafiə Nazirliyinin yüksək komandanlığına çatdırmaması səbəbindən işdən uzaqlaşdırılıb. İstisna deyil ki, onu həbs də edə bilərlər. Rusiya Müdafiə Nazirliyindəki mənbə RBC-yə bildirib ki, general-leytenant Aleksandr Sançik Anaşkinin yerini tutub.

Qarabağda Rusiya sülhməramlılarının ilk komandanı Rüstəm Muradov da bugünlər medianın diqqətinə düşüb. Bəllidir ki, onu Rusiya ordusunun Quru Qoşunları baş komandanının birinci müavini təyin edilib.
Amma o da 2022-ci il oktyabrın 5-dən 2023-cü ilin aprelinə qədər Şərq Hərbi Dairəsinin komandanı olub. Amma o da işindən rüsvayçılıqla qovulub. Belə ki, Donetsk vilayətinin Pavlovka kəndi yaxınlığında döyüşlər gedərkən 155-ci Əlahiddə Dəniz Briqadası Primorye vilayətinin qubernatoru Oleq Kozhemyakoya Muradov barəsində şok müraciət ediblər. Onların məktubunun mətnində deyilirdi: “Bir daha bizi general Muradov və onun əsas fanatı Əhmədov tərəfindən anlaşılmaz hücuma atırlar ki, Muradov Gerasimovdan (Baş Qərargah rəisi) mükafat alsın. Muradov bu döyüşlər müqabilində Əhmədova Rusiya Qəhrəmanı adı verilməsini vəd edib. Nəticədə biz və Kamçatka dəniz piyadaları Pavlovkaya doğru irəliləyirik. “Böyük komandirlərin” “diqqətlə” planlaşdırılmış hücumu nəticəsində dörd gün ərzində 300-ə yaxın itki vermişik”.

Müraciətdə o da bildirilirdi ki, “komandanlıq Əhmədovla birlikdə məsuliyyətdən qorxaraq itkilərlə bağlı faktları gizlədir və rəsmi itkilər az göstərilir ”. “Muradov, Əhmədov kimilər nə vaxta qədər bu qədər insanın həyatı bahasına öz hesabatları və mükafatları naminə hərbi əməliyyatlar planlaşdıracaqlar? Onları heç nə maraqlandırmır, sadəcə özlərini göstərmək üçün insanlara “ət” deyə qurban verirlər ” deyə, müraciətdə bildirilirdi.

Screenshot

“The Moscow Times” yazır ki, Muradov 2023-cü ilin aprelində döyüşlər zamanı çoxlu itkilər verməsi ilə bağlı digər hərbi qulluqçuların şikayətlərinə görə Şərq Hərbi Dairəsinin komandanı vəzifəsindən azad edilib. Muradovun istefasının Uqledar ətrafında baş verən uğursuz hərbi əməliyyatlar da səbəb kimi göstərilib. Hərbi bloger Roman Alekin Muradovun “ Hərbçilərə yazığım gəlirmi? Sənə yenilərini verəcəklər” fikri ilə məşhurlaşdığını da yazıb.

Rüstəm Usman oğlu Muradov 21 mart 1973-cü ildə Dərbənd rayonunun Çinar kəndində anadan olub. Əslən Dağıstanın Tabasaran bölgəsinin Xanak kəndindəndir. Atasının adı Usman, anasının adı Ümizhatdır. 1966-cı ildə Cənubi Dağıstandakı zəlzələdən sonra valideynləri Tabasaran bölgəsindən Çinar kəndinə köçüblər.

Kazan şəhərindəki Suvorov Hərbi Məktəbini bitirib. 1990-cı ildən bəri hərbi xidmətdədir. S. M. Kirov adına Leninqrad Ali Kombinə Silahlar Komandanlığı Məktəbini (1995) bitirib. Eyni zamanda Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahı Hərbi Akademiyasından məzun olub.

2015-ci ildən 2017-ci ilədək - 41-ci Ordunun 1-ci müavini və Baş qərargah rəisi. 2016-cı ildə Donbasdakı Atəşkəsə və Tərəflərin Delimitasiya Xəttinin Stabilizasiyasına Nəzarət və Koordinasiya Birgə Rusiya-Ukrayna Mərkəzindəki Rusiyanın nümayəndəsi idi.

2017-ci ildə Suriyada hərbi məsləhətçi. Hərbi vəzifəni yerinə yetirərkən göstərilən cəsarət və qəhrəmanlığa görə Rusiya Federasiyası Qəhrəmanı adına layiq görülüb.
2018-ci ilin dekabrından Cənubi Hərbi Dairə Komandirinin müavini.
Rusiya Federasiyası Prezidentinin 20 fevral 2020-ci il tarixli fərmanı ilə Rüstəm Muradova general-leytenant hərbi rütbəsi verilib. Evlidir. İki qızı və iki oğlu var.

2020-ci ilin noyabrından 2021-ci ilin sentyabrına qədər - Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin komandanı da olub.

Musavat.com

Seçilən
32
1
musavat.com

2Mənbələr