2023-cü ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin qızışmasından sonra Qəzza zolağında ölənlərin sayı 191-ə çatıb.
“Al Mayadeen” bu barədə Fələstin anklavının hökumətinə istinadən xəbər verir.
“Jurnalistlər… öz vəzifələrini yerinə yetirərkən artan risklərlə üzləşirlər, o cümlədən İsrailin quru əməliyyatları və hava hücumları, kommunikasiyaların kəsilməsi, qida və elektrik enerjisi çatışmazlığı”.
Qeyd olunur ki, bir gün əvvəl pilotsuz təyyarənin hücumu nəticəsində Əl-Qüds telekanalının əməkdaşı olan fələstinli jurnalist Məmduh İbrahim Kanaita həlak olub.
Bundan əvvəl İsrailin Qəzza zolağına atəş açması nəticəsində Əl-Cəzirə televiziyasının operatoru yaralanıb.
DOĞRU.AZ