Uçqun zamanı həlak olan Camalın - FOTOsu
Azərforum xəbər verir ki, "Unikal"ın məlumatına görə, ötən gün Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində uçqun baş verib.
uçqun zamanı ölən 1994-cü il təvəllüdlü Rəsulov Camal Əzim oğlu bu gün Biləsuvarın Ağalıkənd kəndində dəfn olunub.
Məlumata görə mərhum evli imiş və tikintidə çalışırmış.
Qeyd edək ki, uçqun nəticəsində həmçinin 2 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.