AZ

Gürcüstanın baş naziri ABŞ-ın qərarına münasibət açıqladı

“ABŞ-ın hazırkı administrasiyası yeni administrasiya üçün mümkün qədər ağır miras qoymağa çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlığı dayandırması barədə qərarına münasibət bildirərkən bildirib.

O bildirib ki, ABŞ-ın ötəngünkü qərarı prinsipial əhəmiyyət kəsb etməyəcək.

“Biz yeni administrasiyanı gözləyəcəyik və bütün məsələləri onlarla müzakirə edəcəyik. Bu, Salome Zurabişvili kimi müvəqqəti hadisədir”, - İ.Kobaxidze söyləyib.


Müəllif: Cəmilə Babayeva
Seçilən
11
teleqraf.com

1Mənbələr