Bu gün “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinə start verilib.
İdman.biz xəbər verir ki, mərasim Bakı Su İdman Sarayında baş tutub.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, İdman Şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev iştirak edib.
Öncə yarışın hakimlərinin paradı keçirilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Bundan sona yarış iştirakçıları 44 günlük Vətən Müharibəsində həyatını itirən şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad ediliblər.
Ardınca yarışı rəsmi olaraq açıq elan edilib.
Qeyd edək ki, 14 yaş kateqoriyası üzrə baş tutacaq yarışın qalibləri Türk Dövlətləri Təşkilatlarına üzv və müşahidəçi ölkələr arasında 2025-ci ildə keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar.
Emin Ağa
İdman.biz