“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın “Vest Hem”lə 13-cü tur oyununda qazanılmış səfər qələbəsini (5:2) şərh edib.
Arena.az xatırladır ki, bütün qollar birinci hissədə vurulub.
“Birinci hissədə vurulmuş rekord sayda qol? Bilmirdim, amma baş verənlər bunun nə qədər çılğın olduğunu, hər iki komandanın qapı qarşısında nə qədər səmərəli olduğunu göstərir. Maraqlı 30 dəqiqə idi. Siz, komandanın bunu nə qədər istədiyini, müxtəlif üsullarla üç əla qol vurmaq üçün nə qədər məqsədyönlü, qətiyyətli və səmərəli oynadığımızı, sonra dördüncü qol vurduğumuzu dərhal görə bilərsiniz.
Amma bundan sonra futbolçuların fərdi keyfiyyətlərinin böyük rol oynadığı kəsimə başladıq. 4:2 və oyun onda başladı, güc-qüvvənin necə dəyişdiyini və bundan sonra nə olacağını hiss edirsən.
Düşünürəm ki, beşinci qolu vurmağımız əla oldu, çünki bu, hamını sakitləşdirdi. İkinci hissədə tamam fərqli çıxış edə bilərdik, belə, bizə daha çox uyğun idi”, “Arsenal”ın mətbuat xidməti “topçular”ın rəsmi saytında ispan mütəxəssisdən sitat gətirir.
13 turdan sonra 25 xal toplamış “Arsenal” Premyer Liqanın yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. “Vest Hem” isə 15 xalla 14-cü pillədədir. Premyer Liqaya 12 oyundan 31 xal toplamış “Liverpul” başçılıq edir.