AZ

Gürcüstan parlamentinə zorla soxulan əcnəbi saxlanıldı

“Çox maraqlı detaldır ki, hüquq-mühafizə orqanları əməkdaşları Rusiya vətəndaşlarını saxlayıb, qanunsuz olaraq parlamentə daxil olan Böyük Britaniya vətəndaşı da saxlanılıb”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

O, aksiyalarda zorakılıqların xarici təlimatçılar tərəfindən təşkil olunmasını istisna etməyib.

“Bu məsələni xüsusi diqqətlə araşdırmaq lazımdır. Onların kimin göstərişinə əsasən gəldiyi və aqressiv qruplaşmalara hansı təlimatları verdikləri, britaniyalı təlimatçının parlamentə niyə zorla soxulması aydınlaşdırılır”, - baş nazir deyib.


Müəllif: Cəmilə Babayeva
Seçilən
79
teleqraf.com

1Mənbələr