Laçın şəhərindən möhtəşəm görüntülər yayılıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı video Telegram kanallarında yer alıb.
Xatırladaq ki, dörd il əvvəl, dekabrın 1-də xalqımız daha bir tarixi hadisənin sevincini və qürurunu yaşayıb.
Prezident İlham Əliyev xalqa müraciətində Laçın rayonunun işğaldan azad olunduğunu bildirərək, Azərbaycan xalqını bu münasibətlə təbrik edib.
Beləliklə, 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində kapitulyasiyaya məcbur qalan Ermənistan üçtərəfli Bəyanata əsasən Laçın rayonundan hərbi birləşmələrini çıxarıb. 2020-ci il dekabrın 1-i Azərbaycan tarixinə 28 il işğal altında qalan Laçın rayonunun azad olduğu gün kimi yazılıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta